BMT-nin Gürcüstandakı səfiri Marneulidə gənclərlə görüş keçirdi
Qırmızı Körpü (Red Bridge) və Sophopolis təşkilatlarının birgə təşkilatçılığı ilə BMT-nin Gürcüstandakı səfiri Didye Trebükinin iştirakı ilə görüş keçirilib.
InterPress.ge xəbər verir ki, tədbirdə əsasən gənclərin iştirakı təmin olunub və müzakirələr də əsasən onların maraq dairəsinə yönəlib.
Görüş zamanı səfir Didye Trebü BMT-nin Gürcüstandakı fəaliyyəti, əsas prioritetlər və həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Tərəflər regionda gənclərin qarşılaşdığı çətinliklər, onların inkişaf imkanları və cəmiyyətin həyatında fəal iştiraklarının əhəmiyyəti mövzusunda fikir mübadiləsi aparıblar.
Tədbirin sonunda təşkilatçılar məhsuldar və faydalı görüşə görə səfirə təşəkkür ediblər. Görüş gənclərin beynəlxalq təşkilatlarla birbaşa dialoqu, onların mövcud imkanlar barədə məlumatlandırılması və gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətli hesab olunub.






