12 
Iyn
2025
11:29
133

Aİ-nin Gürcüstandakı səfiri: “Səmimi ümid edirik ki, Gürcüstan bir gün Avropa İttifaqının üzvü olacaq”

Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski jurnalistlərə açıqlamasında Gürcüstan Universitetinin təşkil etdiyi “Avropa nədir...? Yeni Avropaya uzun ömür!” adlı konfrensiya çərçivəsində Gürcüstanın Aİ-yə üzvlüyü perspektivləri barədə danışıb.

Herçinski bildirib ki, konfransın təşkilinə görə Gürcüstan Universitetinə təşəkkür edir:

“Avropanın gələcəyinə həsr olunmuş bu əhəmiyyətli illik konfrans üçün Gürcüstan Universitetinə minnətdaram. Gürcüstan Universiteti Avropa məsələləri üzrə aparıcı tədqiqatçıları və alimləri bir araya gətirə bildi. Bildiyiniz kimi, dünya çox sürətlə dəyişir, daha az proqnozlaşdırıla bilən olur. Bu səbəbdən Avropanın da dəyişməyə, adaptasiyaya ehtiyacı var və burada, Tbilisidə aparıcı tədqiqatçılar və alimlərin bu məsələlər üzərində düşünməsi olduqca vacibdir. Öz fikirlərimi bölüşmək imkanı qazandığım üçün xoşbəxtəm.”

Aİ səfiri qeyd edib ki, Gürcüstanın Avropa ailəsinin üzvü olacağına ümid edir:

“Hamımız bilirik ki, Gürcüstan Avropa İttifaqına namizəd ölkədir və biz səmimi olaraq ümid edirik ki, bir gün Gürcüstan bizim üzvlərimizdən biri olacaq. Buna görə də gürcü alimlərinin və tədqiqatçılarının səsi beynəlxalq kontekstdə Avropanın necə uyğunlaşmalı olduğu ilə bağlı gedən müzakirələrdə xüsusilə vacibdir. Bu iki günlük vacib fikir mübadiləsini səbirsizliklə gözləyirəm və sevindiyim odur ki, mən də bu prosesə öz töhfəmi verə bilirəm.” – deyə Herçinski vurğulayıb.

Bizimlə əlaqə saxlayın