
İrakli Kobaxidze: "Gürcüstanda nifrət və düşmənçilik kampaniyaları xaricdən maliyyələşdirilir"
"Ölkədə xarici maliyyə dəstəyi ilə nifrət və düşmənçilik xarakterli kampaniyalar həyata keçirilir və bu cür fəaliyyətlərə qarşı bütün hüquqi vasitələrlə mübarizə aparılacaq."
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bəyan edib.
Jurnalistlərə açıqlamasında Kobaxidze, bu kampaniyalarda bəzi Avropa ölkələrinin səfirlərinin də dolayı şəkildə təşviqedici addımlar atdığını bildirib. O, Avropa diplomatlarına müraciət edərək, Gürcüstanda nifrət və düşmənçiliyin təşviqindən çəkinməyə çağırıb.
“Gürcüstanda nifrət və düşmənçilik kampaniyaları aparılır. Təəssüf ki, bu kampaniyalar yalnız ölkəmizə xas deyil — oxşar hallara digər ölkələrdə də rast gəlinir. Xarici maliyyə ilə həyata keçirilən bu cür fəaliyyətlərə qarşı biz bütün hüquqi vasitələrdən istifadə edəcəyik. Cəmiyyətimizə sakitlik və nifrətin sonlandırılması lazımdır,” – deyə Baş nazir vurğulayıb.
Kobaxidze əlavə edib ki, “xaricdən maliyyələşən bu kampaniyalar süni şəkildə ölkəyə zorla qəbul etdirilir” və Gürcüstan hökuməti bu təzyiqlərə qarşı sərt hüquqi reaksiya göstərəcək.