
Donald Tramp İrana: “Əgər bizə hər hansı bir şəkildə hücum etsəniz, ABŞ ordusunun bütün qüvvələri sizin üzərinizə əvvəllər heç vaxt görünməmiş səviyyədə gələcək”
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, onun ölkəsinin İrana dünən həyata keçirilən hücumla heç bir əlaqəsi yoxdur və Tehrana xəbərdarlıq edib ki, ABŞ-ı bu münaqişəyə cəlb etməsin.
Tramp əlavə edib ki, İranla razılaşma əldə etmək və qanlı münaqişəyə son qoymaq mümkündür:
“ABŞ-ın İrana dünən baş verən hücumla heç bir əlaqəsi yoxdur. Əgər İran bizə hər hansı formada hücum edərsə, ABŞ Silahlı Qüvvələrinin tam gücü və qüdrəti elə bir səviyyədə üzərinizə gələcək ki, bu, indiyə qədər heç kim tərəfindən görülməyib. Bununla belə, İran və İsrail arasında asanlıqla razılaşma əldə etmək və bu qanlı münaqişəni bitirmək mümkündür!!!” – deyə Tramp Truth Social platformasında yazıb.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp mart ayında İranın ali rəhbəri Ayətullah Əli Xameneiyə nüvə sazişi üzrə danışıqlara başlamaq üçün 60 günlük möhlət vermiş və xəbərdarlıq etmişdi ki, razılıq əldə olunmasa, nəticələri olacaq.