İranın raket hücumları səbəbilə İsrailin mərkəz və şimal bölgələrində hava hücumu siqnalları verilib
İrandan ballistik raketlərin buraxılması nəticəsində İsrailin mərkəzi, şimal və cənub bölgələrinin bir hissəsində hava hücumu xəbərdarlığı siqnalları səsləndirilib.
InterPress.ge xəbər verir ki, bu barədə The Times of Israel nəşri məlumat yayıb.
İsrail Müdafiə Qüvvələrinin (IDF) açıqlamasında deyilir:
“Daha bir gün və İrandan daha bir bombardman. Xalqımızı qorumağa davam edirik.”
Müdafiə Qüvvələrinin məlumatına görə, İsrailin hava hücumundan müdafiə sistemləri buraxılan raketlərin qarşısını almaq üçün işləyir.
Qeyd edək ki, İsrail və İran artıq beş gündür qarşılıqlı olaraq bir-birinin ərazisinə zərbələr endirirlər. Döyüş əməliyyatlarının başlanğıcından etibarən İranda azı 224, İsraildə isə 24 nəfər həyatını itirib.


