22 
Iyn
2025
21:26
337

Levan Xabeişvili: “İranlı Bidzina İvanişvili və Ayətullah rejimi eyni zehniyyətin daşıyıcılarıdır”

“Milli Hərəkat” Partiyasının siyasi şurasının sədri Levan Xabeişvili sosial şəbəkədə paylaşdığı bəyanatda ABŞ-ın İranın ali rəhbərliyinə qarşı həyata keçirdiyi hərbi əməliyyatı dəstəkləyib və bu hadisəni dünya sülhünə təhdid yaradan rejimlərə qarşı qətiyyətli mesaj kimi qiymətləndirib.

Xabeişvili bildirib ki, İran İslam Respublikasının lideri Ayətullah Xameneyinin və Gürcüstanın lideri Bidzina İvanişvilinin məqsədləri, baxışları və siyasi davranışları bir-birinə bənzəyir. O, baş nazir İrakli Kobaxidzenin "qürurla" iştirak etdiyi zalda “Amerikaya ölüm!”, “İsrailə ölüm!” şüarlarının səsləndiyini və həmin zalda olanların məhz İvanişvilinin müttəfiqləri və tərəfdaşları olduğunu bildirib.

Siyasətçinin sözlərinə görə, Bidzina İvanişvili və onun rejimi insan haqlarını pozan, öz xalqını repressiyaya məruz qoyan və dünya sülhünə təhlükə törədən qüvvələrlə eyni cərgədə dayanır.

Xabeişvili, İranın ABŞ tərəfindən cəzalandırılmasının bu ölkənin repressiv rejimindən qurtulması üçün yol açacağını, həmçinin İranın inkişaf potensialının gerçəkləşməsi üçün yeni imkanlar yaradacağını qeyd edib. O, eyni zamanda, bu zərbənin Rusiya və Çin kimi İranla əməkdaşlıq edən rejimlərə də təsir edəcəyini vurğulayıb.

Sonda Levan Xabeişvili ümid etdiyini bildirib ki, "iranlı İvanişvili" kimi təsvir etdiyi rejim tezliklə devriləcək və bu, həm İran xalqının azadlığına, həm də regionda sülh və rifahın bərqərar olunmasına töhfə verəcək. O, Gürcüstanı, ABŞ-ı və İsraili Allahın qorusun deyə paylaşımını yekunlaşdırıb.

Bizimlə əlaqə saxlayın