24 
Iyn
2025
10:47
382

İsrail İranla atəşkəsə razılaşdı – Netanyahu Trampa təşəkkür etdi

İsrail İranla atəşkəsə razılaşdığını açıqlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi yayıb.

Bəyanatda qeyd olunur ki, İsrail ABŞ-ın vasitəçiliyi ilə təqdim olunan atəşkəs təklifini qəbul edib. Bununla belə, rəsmi Tel-Əviv vurğulayır ki, atəşkəsin istənilən pozuntusuna güclü cavab veriləcək.

“İsrail əməliyyatın bütün məqsədlərinə nail oldu. Həm nüvə, həm də ballistik raketlər sahəsində iki birbaşa təhlükə aradan qaldırıldı”, – deyə hökumətin bəyanatında bildirilir.

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampa dəstəyə görə təşəkkür edib.

“İsrail Prezident Trampa və ABŞ-a müdafiə sahəsində göstərdikləri dəstək və İranın nüvə təhlükəsinin aradan qaldırılmasında iştiraklarına görə təşəkkür edir”, – deyə açıqlamada qeyd olunur.

Bizimlə əlaqə saxlayın