27 
Iyn
2025
10:18
505

Gürcüstanda kənd əhalisinin sayı azalıb - STATİSTİKA

Ölkənin kənd yaşayış məntəqələrində əhalinin sayı 2014-cü ilin siyahıyaalması ilə müqayisədə 6.3% azalıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumat Gürcüstanın Milli Statistika Xidməti “Sakstat”ın yenilənmiş məlumatında əksini tapıb. 

2014-cü ildə kənd əhalisinin sayı 1 591 181 nəfər idisə, 2024-cü ilin nəticələrinə görə bu göstərici 1 490 900 nəfərə düşüb. Yəni son on ildə kənddə yaşayanların sayı 100 281 nəfər azalıb.

Kənd əhalisinin ümumi əhalidəki payı da azalıb: 2014-cü ildə bu göstərici 42.84% təşkil edirdi, 2024-cü ildə isə 38.07%-ə enib.

Xatırladaq ki, 2024-cü ilin siyahıyaalmasının ilkin nəticələrinə əsasən, Gürcüstanın ümumi əhalisi 3 914 000 nəfərdir. Bunun 2 078 000-i (53%) qadınlar, 1 836 000-i (47%) kişilərdir.

Paytaxt Tbilisidə ölkə əhalisinin 34%-i yaşayır. Əhali payına görə ikinci yerdə İmereti (12.9%), üçüncü yerdə isə Kvemo Kartli (11.2%) regionları qərarlaşıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər