Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Hökumət tərəfindən bu şəxslərə kömək ediləcək

3,996
Hökumət tərəfindən bu şəxslərə kömək ediləcək
Dinləmək üçün basın

"Hökumətin iqtisadi komandası toy və mərasimlər daxil olmaqla sosial tədbirlərə qoyulan məhdudiyyətlərdən mənfi təsirlənən insanlara kömək etmək üçün çalışır". InterPress . ge xəbər verir ki, bu barədə Hökumət…

"Hökumətin iqtisadi komandası toy və mərasimlər daxil olmaqla sosial tədbirlərə qoyulan məhdudiyyətlərdən mənfi təsirlənən insanlara kömək etmək üçün çalışır".

InterPress.ge xəbər verir ki, bu barədə Hökumət administrasiyasının rəhbəri Natia Mezvrişvili qeyd edib.

Natia Mezvrişvilinin verdiyi məlumata görə, hökumət seçkiöncəsi dövrdə zərərçəkmiş vətəndaşlara yardım etmək və qanunun icrası arasında bir tarazlığı qorumağa çalışır.

“Hökumətin iqtisadi qrupu bunun üzərində işləyir. İndi seçkiqabağı dövrdəyik. Bir tərəfdən lazımi məhdudiyyətlər nəticəsində zərər çəkmiş insanlara təzminat vermək üçün əlimizdən gələni edirik, digər tərəfdən də seçkilər keçiririk və 31 oktyabr tarixinədək bu cür qərarlar qəbul etmək istəmirik. Bu tarazlığı qorumağa çalışırıq. Lakin bunun üzərində işləyirik və yaxın gələcəkdə sözügedən istiqamətlə çalışan insanlara məlumat verəcəyik", - dedi Natia Mezvrişvili.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →