Tbilisidə bina uçqunu nəticəsində 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb
Tbilisidə, Stansiya Meydanı yaxınlığında yerləşən yaşayış binasında baş verən uçqunun nəticələri ilə bağlı axtarış-xilasedici əməliyyat başa çatıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarəetmə Xidməti məlumat yayıb.
Rəsmi məlumata görə, hadisə nəticəsində 2 nəfər həlak olub, 1 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb və təcili tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdirilib.
“Hadisə barədə məlumat daxil olan kimi, Fövqəladə Halların İdarəetmə Xidmətinin yanğınsöndürən-xilasediciləri dərhal əraziyə gəlib və sakinlərin təxliyəsini həyata keçiriblər. Axtarış-xilasedici əməliyyatda canlı qüvvə ilə yanaşı, ağır texnika da iştirak edib,” – deyə rəsmi açıqlamada bildirilib.


