18 
Iyl
2025
13:17
272

“Bələdiyyə seçkilərinə boykot” şüarı ilə Tbilisidə və Batumidə etiraz yürüşü keçiriləcək

Sabah, 19 iyul tarixində saat 19:00-da Tbilisi Dövlət Universitetinin (TDU) birinci korpusundan Gürcüstan parlamentinə doğru “Bələdiyyə seçkilərinə boykot” şüarı ilə etiraz yürüşü keçiriləcək.

InterPress.ge xəbər verir ki, sksiyanı bələdiyyə seçkilərinə boykot edən siyasi partiyalar, vətəndaş fəalları, tələbələr və etirazlar zamanı saxlanılan şəxslərin ailə üzvləri təşkil edirlər. Eyni zamanda, yürüşə “300 qadın” adlı etiraz hərəkatı da qoşulacaq.

Etiraz təşkilatçıları bildirirlər ki, onlar 4 oktyabrda keçirilməsi planlaşdırılan bələdiyyə seçkilərini tanımırlar və yeni, azad parlament seçkilərinin keçirilməsini tələb edirlər.

Məlumata görə, 19 iyulda Tbilisidə keçiriləcək etiraz aksiyası ilə paralel olaraq Batumidə də mitinq keçiriləcək. Etirazçılar yeni seçkilərin təyin olunmasını və aksiyalar zamanı həbs edilənlərin azadlığa buraxılmasını tələb edəcəklər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər