Cənubi Qafqaz sabit məkan olacaqdır. Bizə sabitlik, təhlükəsizlik lazımdır.
InterPress.ge xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə söyləyib.
Cənubi Qafqazın əsrlər boyu qan tökülmə, toqquşma, işğal məkanı olduğunu, Qafqaz xalqlarının çox əziyyət çəkdiklərini xatırladan dövlət başçısı qeyd edib: “Ona görə də kifayətdir. Biz artıq sülh şəraitində yaşamalıyıq”.
