20 
Iyl
2025
11:18
374

Dron hücumu səbəbilə Moskvanın bütün hava limanları fəaliyyətini dayandırıb

Gecə saatlarında ölkənin doqquz regionu və Qara dəniz akvatoriyası üzərində ümumilikdə 93 Ukrayna dronu vurulub. Onlardan 19-u Moskva vilayətində zərərsizləşdirilib.

InterPress.ge xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına əsasən, vurulan dronlardan 16-sı birbaşa paytaxt Moskva istiqamətində hərəkət edirdi.

Moskva meri Sergey Sobyanin bildirib ki, Moskva vilayətində dron qalıqlarının düşməsi nəticəsində bir neçə avtomobil yanıb. Xüsusilə Zelenoqrad şəhərində vurulmuş dronun qalıqları yaşayış evinin üstünə düşərək yanğına səbəb olub və bir neçə nəqliyyat vasitəsinə zərər dəyib.

Dron hücumları ilə bağlı təhlükəsizlik tədbirləri çərçivəsində Moskvanın bütün əsas hava limanları – Şeremetyevo, Domodedovo, Vnukovo və Jukovski – müvəqqəti olaraq uçuşları qəbul etməyi və yola salmağı dayandırıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər