20 
Iyl
2025
22:27
303

Marneulidə "Marneuli Klublararası Regional Şahmat Turniri" keçirilib

20 iyul 2025-ci il tarixində Beynəlxalq Şahmat Günü münasibətilə Tea House-da "Marneuli Klublararası Regional Şahmat Turniri" keçirilib.

InterPress.ge xəbər verir ki,  turnir "SOCAR" ın dəstəyi ilə baş tutub.

Turnirdə Marneuli, Qaraçöp və Bolnisi rayonları və kəndlərindən ümumilikdə 14 komandada 70 gənc şahmatçı iştirak edib.

Oyundan əvvəl tədbiri giriş sözü ilə açan “İnkişaf və Təhsil Mərkəzi”nin rəhbəri Emin Əhmədov iştirakçılara tədbir haqda məlumat verib, gələcək fəaliyyətlərdən danışıb. "Aktual Media" rəhbəri İlkin Hüseynov öz çıxışında "İnkişaf və Təhsil Mərkəzi" və "Aktual Media"nın yeni fəaliyyətə başlayan və birgə layihəsi olan "Şahmat TV" layihəsindən danışıb. Layihənin "Aktual.ge"-də aparıcısı Qasım Əliyev azərbaycanlı şahmatçı Vüqar Həşimovun ən uğurlu oyunlarının təhlilini əyani olaraq tədbir iştirakçılarına çatdırıb. Oyunlardan sonra təşkilatlar arasında "Şahmat TV" layihəsinin fəaliyyətə başlaması ilə bağlı memorandum imzalanıb. Daha sonra iştirakçılara "Muğam restoranda canlı musiqi sədaları altında furşet təqdim olunub.

Yeddi turdan ibarət olan turnirdə I yerin qalibi yeddi balla "Qaraçöp I", II yerin qalibi altı balla "Tea House I", III yerin qalibi isə beş balla "Tea House II" komandaları olub.

Qaliblərə kubok, diplomlar, medallar və hədiyyələr təqdim olunub.



 


 


 

Bizimlə əlaqə saxlayın