21 
Iyl
2025
19:29
239

Psixotrop maddələrin qanunsuz daşınmasına görə bir nəfərə 12 ilədək həbs cəzası tələb olunur

Gürcüstan Prokurorluğu, psixotrop maddə olan “Pregabalin”in xüsusilə böyük miqdarda qanunsuz əldə edilməsi, saxlanması və ölkəyə gətirilməsi faktı üzrə bir nəfərə qarşı ittiham irəli sürüb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Prokurorluq yayıb.

Gürcüstan Daxili İşlər Nazirliyinin apardığı istintaq nəticəsində müəyyən olunub ki, təqsirləndirilən şəxs qanunsuz şəkildə xüsusilə böyük miqdarda psixotrop maddə əldə edib, saxlayıb və Gürcüstana idxal edib. Hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində maddə müsadirə olunub.

Şəxs Batumi limanının ərazisində saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 261-ci maddəsinin 3-cü hissəsinin “a” bəndi (xüsusilə böyük miqdarda psixotrop maddənin qanunsuz əldə edilməsi və saxlanması) və 263-cü maddənin 3-cü hissəsinin “a” bəndi (xüsusilə böyük miqdarda psixotrop maddənin Gürcüstana qanunsuz gətirilməsi) ilə ittiham irəli sürülüb.

Bu maddələr üzrə təqsirləndirilən şəxs 12 ilədək azadlıqdan məhrumetmə cəzası ilə üzləşə bilər. Prokurorluq onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə vəsatət təqdim edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər