22 
Iyl
2025
21:45
301

Batumidə öz övladına qarşı seksual zorakılıq edən Türkiyə vətəndaşı saxlanılıb

Acarıstan Polis Departamentinin əməkdaşları kompleks operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində Türkiyə Respublikasının vətəndaşı, 1980-ci il təvəllüdlü Ş.İ.-ni saxlayıblar. O, ailə üzvünə qarşı təkrarən törədilmiş cinsi zorakılıq və ölüm, eləcə də sağlamlığa xəsarət yetirmə hədəsi ilə ittiham olunur.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaq müəyyən edib ki, Ş.İ. həm Türkiyədə, həm də Gürcüstanda olduğu müddətdə öz övladına sistemli şəkildə seksual zorakılıq tətbiq edib, onu ölümlə və bədən xəsarəti ilə hədələyib.

Cinayət işi Gürcüstan Cinayət Məcəlləsinin 11^1 maddəsinin 137-ci və 151-ci maddələri üzrə aparılır. Bu maddələr təqsirləndirilən şəxsə 13 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Ş.İ. hüquq-mühafizə orqanları tərəfindən Batumidə saxlanılıb. Hazırda istintaq davam edir.

Bizimlə əlaqə saxlayın