Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Mixeil Kavelashvili Ceyhun Bayramovla görüşüb

245
 Mixeil Kavelashvili Ceyhun Bayramovla görüşüb
Dinləmək üçün basın

Gürcüstan Prezidenti Mixeil Kavelashvili Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüş keçirib.

Gürcüstan Prezidenti Mixeil Kavelashvili Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüş keçirib.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Prezidentinin Administrasiyası yayıb.

Görüş zamanı tərəflər Gürcüstan və Azərbaycan arasında mövcud olan dostluq, tərəfdaşlıq və iqtisadi əlaqələrin müxtəlif istiqamətlərdə dərinləşdirilməsi və inkişaf perspektivlərini müzakirə ediblər.

Prezident Mixeil Kavelashvili bildirib ki, iki ölkə arasında qurulmuş dostluq və sıx əməkdaşlıq modeli örnək təşkil edir və bu münasibətlər qarşılıqlı inam, hörmət, bərabərlik və milli maraqlara hörmət prinsiplərinə əsaslanır. Prezident, həmçinin Azərbaycan tərəfinə Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə göstərdiyi dəyişməz dəstəyə görə təşəkkürünü bildirib.

“Azərbaycanın xarici işlər naziri ilə çox məhsuldar görüş keçirdik. Bildiyiniz kimi, Gürcüstan və Azərbaycan strateji tərəfdaşdır. Biz birgə bir sıra əhəmiyyətli layihələrdə iştirak edirik və bir çox məsələdə ortaq mövqedəyik. İqtisadi sahədə də maraqlı layihələrin həyata keçirilməsi planlaşdırılır. Hər zaman vurğulayıram ki, bizim münasibətlərimiz nümunəvidir və əminəm ki, bu əlaqələr daha da möhkəmlənəcək və inkişaf edəcək”, – deyə Prezident görüşdən sonra bildirib.

Mixeil Kavelashvili əlavə edib ki, Gürcüstan Cənubi Qafqazda uzunmüddətli və dayanıqlı sülhün və sabitliyin bərqərar olunmasına qətiyyətlə tərəfdardır və bu prosesdə lazım gəldikdə öz töhfəsini verməyə hazırdır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →