24 
Iyl
2025
18:42
611

Rüşvət almaqda ittiham olunan məmur saxlanılıb

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti rüşvət alma faktına görə bir nəfəri – Zuqdidi Bələdiyyəsinin Orsanti inzibati vahidində merin nümayəndəsi E.B.-ni saxlayıb.

InterPress.ge xəbər verir ki,bu barədə rəsmi məlumat Maliyyə Nazirliyinin İstintaq Xidməti tərəfindən yayılıb.

İstintaqın məlumatına görə, E.B. vəzifə səlahiyyətlərini yerinə yetirərkən şəxsi maddi maraqlarını təmin etmək məqsədilə 300 lari məbləğində rüşvət alaraq bir vətəndaşa ağac və bitkilərin mənşəyini təsdiqləyən saxta arayış hazırlayıb və təqdim edib. Həmin əməliyyat zamanı E.B. cinayət başında yaxalanıb.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin birinci hissəsi ilə aparılır. Maddə 6 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər