25 
Iyl
2025
19:48
1033

Marneulidə kommersiya rüşvəti və saxta rəsmi sənədin hazırlanıb satılması faktı ilə bağlı iki nəfəri saxlanılıb

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları, Kvemo Kartli dairə prokurorluğu ilə koordinasiyada həyata keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində, bir qrup şəxs tərəfindən törədilmiş kommersiya rüşvəti və saxta rəsmi sənədin hazırlanıb satılması faktı üzrə iki nəfəri saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat yayıb.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Marneulidə yerləşən texniki baxış mərkəzində inspektor vəzifəsində çalışırdı və texniki reglamentin tələblərinə uyğun olaraq nəqliyyat vasitələrinin yoxlanılmasını həyata keçirməli idi. Lakin o, şəxsi maddi qazanc əldə etmək məqsədilə, onunla cinayət əlaqəsində olan şəxslə birlikdə texniki cəhətdən nasaz nəqliyyat vasitəsinə texniki baxışdan uğurla keçdiyinə dair saxta hesabat verib. Bu əməl müqabilində isə, rəsmi müəyyən olunmuş dövlət rüsumundan əlavə, vətəndaşdan 100 lari məbləğində pul alıb.

Araşdırma zamanı müəyyən olunub ki, həmin texniki baxış mərkəzində texniki cəhətdən nasaz nəqliyyat vasitələri üçün sistemli şəkildə saxta müsbət texniki baxış hesabatları verilib. Bununla bağlı müvafiq istintaq tədbirləri davam etdirilir.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 221-ci maddəsinin 4-cü və 362-ci maddəsinin 1-ci hissəsi ilə aparılır. Bu əməllər 4 ildən 6 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər