“Lelo – Güclü Gürcüstan” partiyasının üzvü inzibati həbs cəzası alıb
Batumi Şəhər Məhkəməsi “Lelo – Güclü Gürcüstan” partiyasının üzvü Levan Xoravanı inzibati hüquqpozmada təqsirli bilərək ona 20 günlük inzibati həbs cəzası təyin edib.
InterPress.ge xəbər verir ki, bu barədə "Lelo" partiyası məlumat yayıb.
Qərar hakim Aleksandre Qoquadze tərəfindən qəbul olunub.
Partiyanın verdiyi məlumata görə, məhkəmənin qərarı ilə Xoravanın üç il müddətinə silah gəzdirmə hüququ da əlindən alınıb.
Hadisə polis kapitanı Tea Lağadzeyə bağlı şikayət əsasında araşdırılıb. Lağadzenin sözlərinə görə, 27 mayda “Lelo – Güclü Gürcüstan” partiyasının gənclər təşkilatının sədri Luka Naçvlişvilinin məhkəmə prosesi başa çatdıqdan sonra, hansı ki, həmin işdə Lağadze istintaqçı kimi iştirak edirdi, Levan Xorava ona qarşı sözlü təhqirə yol verib.


