Peskov: “Kiyevlə münasibətlər xüsusi hərbi əməliyyatın məqsədləri yerinə yetirildikdən sonra müəyyən olunacaq”
Rusiya ilə Ukrayna arasında münasibətlərin gələcək prinsipləri yalnız xüsusi hərbi əməliyyatın məqsədləri reallaşdırıldıqdan sonra müəyyən edilə bilər.
InterPress.ge xəbr verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“Əvvəlcə mövcud problemlər həll olunmalıdır və xüsusi hərbi əməliyyatın qarşısına qoyulmuş vəzifələrin icrası qeydə alınmalıdır. Biz bu məqsədə siyasi və diplomatik yollarla çatmağı üstün tutardıq, lakin bu alətlərdən istifadə mümkün olmayanda, əməliyyat davam etdirildi. Çünki həm Ukrayna, həm də Qərb tərəfi dialoqla bağlı bütün təklifləri rədd etdi”, – deyə Peskov bildirib.
O əlavə edib ki, müharibədən sonrakı Rusiya-Ukrayna münasibətləri hazırda sadəcə “teorik məsələdir”:
“Əgər diplomatik kanala keçid mümkün olarsa, bu bizim üçün arzuolunan variant olacaq. Amma əvvəlcə vəziyyəti həll etmək lazımdır, sonra isə münasibətlərin necə qurulacağı barədə düşünmək olar”, – deyə Kremlin sözçüsü vurğulayıb.


