30 
Iyl
2025
14:48
336

Rusiyada Azərbaycan diasporunun rəhbəri axtarışa verilib

Rusiyanın Daxili İşlər Nazirliyi Yekaterinburq şəhərində Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski barəsində axtarış elan edib.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Rusiya mediası yayıb.

Nazirlik Şıxhlinskiyə hansı maddə üzrə axtarış elan edildiyini açıqlamayıb. Bildirilir ki, bu ayın əvvəlində Şıxhlinski artıq Rusiya hüquq-mühafizə orqanları tərəfindən saxlanılmış, lakin dindirmədən sonra sərbəst buraxılmışdı.

Qeyd edək ki, 16 iyulda Yekaterinburq məhkəməsinin qərarı ilə Şıxhlinskinin oğlu həbs olunub. Ona qarşı hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə ittihamı irəli sürülüb.

Xatırladaq ki, Rusiya və Azərbaycan arasında münasibətlər 27 iyun tarixində Yekaterinburqda yerli polis xüsusi təyinatlılarının azərbaycanlı mənşəli onlarla şəxsi saxlamasından sonra gərginləşib. Saxlanma zamanı iki nəfər ölüb, bir neçə nəfər isə xəsarət alıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər