Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Gürcüstan 36 əcnəbini deportasiya edib

287
Gürcüstan 36 əcnəbini deportasiya edib
Dinləmək üçün basın

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti və nazirliyin aidiyyəti struktur bölmələrinin koordinasiyası ilə son günlər ərzində keçirilən kompleks tədbirlər nəticəsində ölkədən 36 xarici ölkə vətəndaşı…

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti və nazirliyin aidiyyəti struktur bölmələrinin koordinasiyası ilə son günlər ərzində keçirilən kompleks tədbirlər nəticəsində ölkədən 36 xarici ölkə vətəndaşı deportasiya olunub.

InterPress.ge  xəbər verir ki,  Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, deportasiya edilən şəxslər Azərbaycan, Banqladeş, Belarus, Misir, Türkiyə, Türkmənistan, Hindistan, İordaniya, İran, Nepal, Nigeriya, Pakistan, Rusiya, Filippin və Çin vətəndaşlarıdır.

Onların hər birinə Gürcüstana giriş qadağası qoyulub.

Qeyd olunur ki, cari ay ərzində Miqrasiya Departamenti digər aidiyyəti qurumlarla birgə həyata keçirilən kompleks tədbirlər nəticəsində ümumilikdə 115 xarici ölkə vətəndaşını Gürcüstandan deportasiya edib. 2025-ci ilin ilk yeddi ayında isə deportasiya olunan xarici vətəndaşların ümumi sayı 640 nəfərə çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 233 faiz artım deməkdir.

Miqrasiya Departamenti Gürcüstan daxilində qanunsuz miqrasiyaya qarşı mübarizə aparan əsas məsul orqandır. Onun səlahiyyətlərinə ölkə ərazisində hüquqi əsas olmadan yaşayan xarici vətəndaşların müəyyən edilməsi və deportasiya olunması daxildir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →