“Gürcü Arzusu” partiyası bu gün Tbilisi meri vəzifəsinə namizəd olaraq Kaxa Kaladzeni rəsmi şəkildə təqdim edəcək.
InterPress.ge xəbər verir ki, partiyanın məlumatına görə, təqdimat tədbiri bu gün saat 21:00-da Mtacminda parkında keçiriləcək.
Qeyd edək ki, Kaxa Kaladze Tbilisi meri postuna üçüncü dəfə namizədliyini irəli sürür.
