02 
Avq
2025
17:12
378

Avtomobil və mopedin toqquşması bir nəfərin ölümü ilə nəticələndi

Tbilisinin Tsintsadze küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi faciə ilə nəticələnib.

InterPress.ge xəbər verir ki, avtomobil və moped toqquşub, nəticədə mopedin sürücüsü hadisə yerində həyatını itirib.

Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən, faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə başlanıb. Maddə nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyi və istismar qaydalarının pozulmasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər