Gürcüstandan 22 əcnəbi vətəndaş deportasiya olunub
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti və nazirliyin digər aidiyyəti qurumlarının sıx koordinasiyası ilə son günlərdə həyata keçirilən kompleks tədbirlər nəticəsində ölkədən 22 əcnəbi vətəndaş deportasiya olunub.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.
Rəsmi məlumata görə, ölkədən çıxarılan şəxslər İraq, Rusiya, İran, Hindistan, Türkiyə, Bolqarıstan, Kamerun, İordaniya, Türkmənistan, Qazaxıstan və Keniya vətəndaşlarıdır.
Qanunvericiliyə uyğun olaraq, həmin şəxslərə Gürcüstana giriş qadağası qoyulub.
Nazirlik qeyd edir ki, Miqrasiya Departamenti ölkə daxilində qanunsuz miqrasiyaya qarşı mübarizəyə cavabdeh qurumdur. Onun səlahiyyətlərinə Gürcüstanda hüquqi əsas olmadan yaşayan əcnəbi vətəndaşların müəyyən edilməsi və onların deportasiyası daxildir.


