05 
Avq
2025
14:46
248

Şalva Papuaşvili: “Müxalifət radikal planlar hazırlayır, amma xalq onlara cavabını verəcək”

"Dörd müxalifət partiyasından ikisi yerli seçkilərdə iştirak etmir, digərləri isə iştirak edir və bu, müxtəlif ssenarilər üzrə cəhd göstərmək məqsədi daşıyır."

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bəyan edib.

“Dörd partiyadan ikisi seçkilərə qatılmır, digərləri isə iştirak edir. Bu, dversifikasiya cəhdidir – həm belə yoxlasınlar, həm də başqa cür. Onlar özləri də yaxşı bilirlər ki, seçkilərdə qələbə qazanmaq şansları yoxdur. Ona görə də bəzi radikal müxalifətçilər planlarını sadəlövhcəsinə açıq şəkildə ifadə edirlər. Planları budur: 4 oktyabrda toplaşsınlar, ölkəni çevrilişə məruz qoysunlar və 90-cı illəri qaytarsınlar. Bu, onların aldıqları sifarişdir”, – deyə Papuşavili bildirib.

O, həmçinin "Lelo" və Giorgi Qaxariyanın partiyalarının birləşməsinə də münasibət bildirib:

“Beynəlxalq fırıldaqçı və məişət yalançısı bir araya gələndə, artıq aydındır ki, Gürcüstan xalqı bu birliyə necə cavab verəcək. Yalançının üstünə fırıldaqçını əlavə etsən, yaxşı heç nə alınmaz və xalq onlara uyğun cavab verəcək”.

Parlament sədri əlavə edib ki, bu qüvvələrin əsas vədi hakimiyyətə gələcəkləri halda xarici ölkələrin maraqlarına xidmət etməkdir.

“Ukrayna prezidentinin müşavirinin müavininin sürücüsü belə göstəriş versə, ertəsi gün Rusiyaya qarşı sanksiya tətbiq edəcəklər. Gürcü xalqının maraqları onların gündəmində belə yoxdur. Göstəriş veriləcək – sanksiya tətbiq edəcəklər, ‘silahla girin’ deyiləcək – girəcəklər. Axı özləri deyirdilər ki, bizə müharibə lazımdır, sanksiyaların olmamaqdansa bombalar daha yaxşıdır”, – deyə Şalva Papuaşvili vurğulayıb.

Bizimlə əlaqə saxlayın