06 
Avq
2025
09:35
362

Donald Tramp, İlham Əliyev və Nikol Paşinyan görüşəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-ın paytaxtı Vaşinqtona səfəri çərçivəsində ABŞ prezidenti Donald Tramp və Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək.

InterPress.ge xəbər verir ki, bu barədə erməni mətbuatı Ermənistan hökumətinə istinadən məlumat yayıb.

Rəsmi məlumata görə, Paşinyan 7-8 avqust tarixlərində Vaşinqtonda olacaq.

"Vaşinqtonda baş nazir Paşinyan ABŞ-ın prezidenti Donald Tramp ilə Ermənistan-ABŞ strateji tərəfdaşlığının gücləndirilməsi mövzusunda ikitərəfli görüş keçirəcək", – deyə Ermənistan hökumətinin bəyanatında bildirilir.

Hökumətin açıqlamasına əsasən, Paşinyan həmçinin Donald Tramp və İlham Əliyevlə birlikdə üçtərəfli görüşdə iştirak edəcək. Görüşün məqsədi bölgədə sülhün, rifahın və iqtisadi əməkdaşlığın təşviqidir.

Bizimlə əlaqə saxlayın