08 
Avq
2025
10:16
378

Tramp Putinə xəbərdarlıq etdi: “Atəşkəsə razılaşması üçün bir günü qaldı”

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Rusiya Prezidenti Vladimir Putinin Ukraynada atəşkəs sazişinə razılıq verməsi üçün cəmi bir günü qalıb.

Trampın Putinə müharibənin dayandırılması üçün verdiyi 10 günlük müddət bu gün başa çatır. Əgər Rusiya Ukraynada müharibəni dayandırmasa, ABŞ Rusiyaya qarşı yenidən sanksiyalar tətbiq edəcək.

Jurnalistin “Putin Trampdan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməlidir?” sualına isə Tramp belə cavab verib: “Belə bir görüşün zəruriliyi yoxdur”.

“Onun [Putinin] bir günü qalıb. Görək nə deyəcək. Bu, ondan asılıdır. Çox məyusam...

Onlar mənimlə görüşmək istəyirlər və mən kütləvi qırğınların dayandırılması üçün əlimdən gələni edəcəyəm. Təkcə ötən ay 14 000 insan həlak olub. Həftəlik 4 000-5 000 nəfər. Uzun müddət gözləməyi xoşlamıram. Bu, biabırçılıqdır. Həlak olanların əksəriyyəti hərbçilərdir – ukraynalı və rus əsgərləri, həmçinin dinc sakinlər. Gecələr raketlər atılır və 35-40 nəfər ölür. Bu, dəhşətlidir”, – deyə Tramp bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər