Paşinyan: Ermənistan–Azərbaycan münasibətlərində mühüm mərhələyə çatdıq
Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Tramp və Azərbaycan Prezidenti İlham Əliyevlə üçtərəfli görüş zamanı bildirib ki, bu gün Ermənistan–Azərbaycan münasibətlərində mühüm mərhələyə çatılıb və tərəflər keçmişdən daha yaxşı bir gələcəyin təməlini qoyurlar.
Paşinyanın sözlərinə görə, əldə olunan irəliləyiş ABŞ Prezidenti Donald Trampın şəxsi iştirakı və regionda sülhə sadiqliyi olmadan mümkün olmazdı. O vurğulayıb ki, sülh sazişinin paraflanması iki ölkə arasında onilliklərdir davam edən münaqişənin sona çatdırılmasına imkan yaradacaq və qarşılıqlı suverenlik və ərazi bütövlüyünə tam hörmət prinsipi üzərində qurulacaq yeni dövrün başlanğıcını qoyacaq.
Baş nazir qeyd edib ki, bu gün Prezident Donald Trampın da şəxsən imzalayacağı və imzalama mərasimində iştirak edəcəyi bəyanatlar Cənubi Qafqazda sülh, rifah, təhlükəsizlik və iqtisadi əməkdaşlığın yeni fəslinin açıldığına inam və zəmanət verir.


