Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili Ermənistan və Azərbaycan arasında imzalanmış sülh sazişini yüksək qiymətləndirib.
“Donald Trampa, Nikol Paşinyana və İlham Əliyevə – sizin uğurunuz Cənubi Qafqazda sülh və tərəqqinin uğurudur. Gürcülər sülhün və müstəqilliyin qiymətini yaxşı bilirlər və onilliklər boyu Rusiyanın mane olduğu bu böyük nailiyyəti dəyərləndirirlər,” – deyə Zurabişvili bildirib.
Xatırladaq ki, avqustun 8-də Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycanın prezidenti İlham Əliyev Vaşinqtonda, ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə sülh sazişinə imza atıblar.
