Mixeil Kavelaşvili Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi birgə brifinqdə 4 sentyabrda baş tutacaq Gürcüstan–Türkiyə futbol matçına dəvət ünvanlayıb.
“Kəşki 4 sentyabrda Gürcüstan–Türkiyə matçına gəlib bizə qoşulasınız və birlikdə oyunu izləmək imkanımız olsun. Əminəm ki, çox maraqlı oyun olacaq”, – deyə Mixeil Kavelaşvili bildirib.
