15 
Avq
2025
19:48
348

Tramp: “Mən burada Ukraynanın əvəzindən danışıqlar aparmaq üçün deyiləm”

ABŞ Prezidenti Donald Tramp bildirib ki, o, Ukraynanın əvəzindən danışıqlar aparmaq üçün deyil, tərəfləri danışıqlar masasına toplamaq üçün iştirak edir.

InterPress.ge xəbər verir ki, Tramp bu fikirləri mətbuat konfransında jurnalistin sualına cavab olaraq səsləndirib.

Sualda onun Alyaskada Rusiya Prezidenti Vladimir Putinlə ərazi mübadiləsini müzakirə edib-etmədiyi soruşulub. Tramp cavabında deyib:

“Bu məsələ müzakirə olunur, amma qərarı Ukrayna verməlidir. Düşünürəm ki, onlar düzgün qərar qəbul edəcəklər. Mən burada Ukraynanın yerinə danışıqlar aparmaq üçün deyil, onları danışıqlar masasına əyləşdirmək üçün varam”.

Ukraynanın təhlükəsizliyinə ABŞ-ın təminat verə biləcəyi ilə bağlı suala isə Tramp belə cavab verib: “Bu, Avropa və digər ölkələrlə birlikdə mümkündür. Amma NATO formatında deyil, çünki bəzi şeylər baş verməyəcək”.

ABŞ Prezidenti əlavə edib ki, əgər Rusiya Prezidenti Putin sülh yolu ilə nizamlanmaya maraq göstərməsə, “ciddi iqtisadi nəticələrlə” üzləşəcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər