Putin: “Əgər Tramp prezident olsaydı, 2022-ci ildə Ukrayna ilə müharibə başlamazdı”
Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, 2022-ci ildə Ukrayna ilə müharibə baş verməzdi, əgər həmin vaxt ABŞ prezidenti Donald Tramp olsaydı.
InterPress.ge xəbər verir ki, o, bu barədə Alyaskada Tramp ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
“Xatırlayıram, 2022-ci ildə əvvəlki administrasiya ilə son təmaslar zamanı necə çalışırdım o dövrün həmkarı [Co Baydeni] inandirmağa ki, vəziyyəti hərbi qarşıdurmaya gətirib çıxarmaq lazım deyil. O vaxt açıq dedim ki, bu, böyük səhv olardı.
Biz başa düşürük, prezident Tramp deyir: ‘Mən prezident olsaydım, müharibə olmayacaqdı’. Məncə, bu, həqiqətən də belədir”, – deyə Putin vurğulayıb.
Putin mətbuat konfransında, həmçinin, Trampa növbəti görüşün Moskvada keçirilməsini təklif edib.
Xatırladaq ki, Alyaskadakı görüş “üçün üç” formatında baş tutub və təxminən 3 saat davam edib. Trampın yanında ABŞ dövlət katibi Marko Rubio və xüsusi nümayəndə Stiv Uitkof olub. Putini isə Rusiya xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov müşayiət edib.
Bundan öncə Tramp və Putin Ankoricdə yerləşən Elmendorf-Riçardson hərbi bazasında görüşüblər. Təyyarədən endikdən sonra iki lider əl sıxaraq salamlaşıb və daha sonra eyni avtomobillə hava limanından ayrılıblar.


