Vladimir Zelenski bazar ertəsi Vaşinqtonda Donald Tramp ilə görüşəcək
Ukrayna Prezidenti Vladimir Zelenski açıqlayıb ki, o, bazar ertəsi ABŞ Prezidenti Donald Tramp ilə Vaşinqtonda görüşəcək.
InterPress.ge xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb.
Zelenskinin sözlərinə görə, Tramp ilə uzun və məzmunlu telefon danışığı baş tutub:
“Prezident Tramp ilə bir saatdan çox davam edən geniş söhbətimiz oldu. Avropalı liderlər bizə qoşulmadan əvvəl görüşümüz təkbətək başladı. Telefon danışığı ümumilikdə bir saat yarımdan çox çəkdi, onun bir saati Tramp ilə ikitərəfli söhbətə həsr olundu,” – deyə Zelenski “X” sosial şəbəkəsində yazıb.
Ukrayna Prezidenti qeyd edib ki, Tramp telefon danışığı zamanı Rusiya Prezidenti Vladimir Putinlə görüşündə müzakirə olunan əsas məsələlər barədə məlumat verib.
“Biz Prezident Trampın Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüş keçirilməsi təşəbbürünü dəstəkləyirik. Bazar ertəsi Vaşinqtonda Prezident Tramp ilə görüşərək qətllərin və müharibənin dayandırılması ilə bağlı bütün məsələləri ətraflı müzakirə edəcəyik. Dəvət üçün təşəkkür edirəm,” – deyə Zelenski bildirib.


