17 
Avq
2025
12:31
1165

Marneulidə baş verən cinayət hadisəsi ilə bağlı üç nəfər saxlanıldı- VİDEO

Marneulidə qrup halında zorakılıq və sağlamlığa qəsdən ağır zərər vurma ittihamı ilə üç nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Açıqlamaya əsasən, saxlanılanlar – 2000-ci il təvəllüdlü N.A., 1994-cü il təvəllüdlü A.A. və 1982-ci il təvəllüdlü Ş.Q. – gənc Z.J.-yə qrup halında zor tətbiq ediblər. İstintaqın gedişində müəyyən olunub ki, N.A. soyuq silahdan istifadə edərək zərərçəkmişi qarın nahiyəsindən bıçaqlayıb.

Yaralı gənc təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.

Polis əməliyyatları nəticəsində cinayətin törədilməsində istifadə olunan bıçaq maddi sübut kimi götürülüb.

Hazırda istintaq Cinayət Məcəlləsinin 117-ci (sağlamlığa qəsdən ağır zərər vurma) və 126-cı (qrup halında zorakılıq) maddələri ilə aparılır. Cinayət 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər