Tramp: “Bu gün Vladimir Putinə zəng edəcəyəm”
ABŞ Prezidenti Donald Tramp bildirib ki, bu gün Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparacaq.
InterPress.gexəbərverirki, o, bu barədə Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş zamanı açıqlama verib.
“Yaxın vaxtda Prezident Putinlə dolayı danışığım oldu. Bu günkü görüşlərdən sonra telefon danışığımız olacaq. Ola bilsin, üçtərəfli görüş də keçirək. Əgər baş tutmasa, müharibə davam edəcək. Əgər görüş olsa, böyük ehtimalla buna son qoyacağıq”, – deyə Tramp qeyd edib.
Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin müharibənin başa çatmasını istəyir.
“Müharibə başa çatacaq. Nə vaxt bitəcəyini deyə bilmərəm, amma bitəcək. Putin müharibənin sona çatmasını istəyir”, – deyə ABŞ Prezidenti vurğulayıb.
Görüş zamanı Donald Tramp Zelenskinin geyiminə də münasibət bildirib. Jurnalist Braian Qlenin fevral səfəri zamanı tənqid etdiyi kostyumu bu dəfə bəyənən Tramp deyib:
“Bu pencəkdə əla görünürsünüz.”
Tramp sözlərinə əlavə edib: “Mən də eyni şeyi dedim.”


