18 
Avq
2025
22:57
312

Zelenski: “Ukraynada seçkilər təhlükəsiz şəraitdə keçirilməlidir”

Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, ölkədə seçkilər yalnız təhlükəsiz şəraitdə baş tuta bilər.

InterPress.gexəbərverirki, o, bu barədə Ağ Evdə ABŞ Prezidenti Donald Tramp ilə görüşdə danışıb.

Jurnalistlərin sualını cavablandıran Zelenski bildirib ki, Ukrayna seçkilərin keçirilməsinə hazırdır:

“Əlbəttə ki, biz hazırıq. Təhlükəsizliyi təmin etməliyik və parlamentdə bu istiqamətdə işlər görülməlidir, çünki müharibə şəraitində seçkilərin keçirilməsi mümkün deyil. Atəşkəs lazımdır ki, xalq demokratik, açıq və qanuni seçkilərdə səs verə bilsin”, – deyə Ukrayna Prezidenti vurğulayıb.

Zelenski həmçinin Donald Trampa NATO mexanizmi vasitəsilə Ukraynaya göndərilən Amerika silahlarına görə təşəkkür edib.

“Bu imkan və proqram üçün minnətdarıq. Həmçinin Avropaya da təşəkkür edirik, çünki nəticədə onlar bunun üçün ödəniş edirlər. Avropada heç kimdə Patriot kimi sistemlər yoxdur. Bizim onlara həqiqətən də ehtiyacımız var”, – deyə Zelenski əlavə edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər