ABŞ-ın vitse-prezidenti: Ukraynanın təhlükəsizlik xərclərinin əsas yükü Avropanın olacaq
ABŞ-ın vitse-prezidenti Cey Di Vens bildirib ki, Ukraynanın təhlükəsizlik təminatları üçün tələb olunan xərclərin əsas hissəsini Avropa ölkələri ödəməlidir.
InterPress.ge xəbər verir ki, bu barədə o, Fox News-a açıqlama verib.
“Düşünmürəm ki, bu yükü biz daşımalıyıq. Prezident açıq şəkildə gözləyir ki, bu prosesdə Avropa aparıcı rol oynasın. Hansı formada olmasından asılı olmayaraq, Avropalıların əsas yükü daşıması qaçılmazdır. Bu onların qitəsidir, bu onların təhlükəsizliyidir və prezident bunu birmənalı şəkildə qeyd etdi: burada addımı məhz onların atması lazım olacaq”, – deyə Vens Fox News-a müsahibəsində bildirib.
Onun sözlərinə görə, Rusiya Ukraynanın ərazilərinin bir hissəsini əldə etməyə çalışır: “Bunun böyük hissəsini artıq işğal edib, amma müəyyən hissəsini hələ də yox”.


