21 
Avq
2025
18:05
344

Böyük məbləğdə saxta dollar dövriyyəsinə görə əcnəbi vətəndaşa qarşı ittiham irəli sürüldü

Gürcüstan Prokurorluğu böyük məbləğdə saxta pul dövriyyəsinə görə xarici ölkə vətəndaşına ittiham irəli sürüb.

InterPress.ge xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Maliyyə Nazirliyinin İstintaq Xidməti tərəfindən aparılan araşdırma nəticəsində müəyyən olunub ki, təqsirləndirilən şəxs 7 400 ABŞ dolları həcmində saxta əskinası dövriyyəyə buraxıb.

Prokurorluğun açıqlamasında qeyd olunur ki, saxlanılan şəxsə Cinayət Məcəlləsinin 212-ci maddəsinin ikinci hissəsinin “a” bəndi (böyük məbləğdə saxta valyutanın dövriyyəyə buraxılması) ilə ittiham irəli sürülüb. Bu maddə 7 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Qurum bildirib ki, prokurorluq təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün qanunla müəyyən olunmuş müddətdə məhkəməyə müraciət edəcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər