İlkin Hüseynov TİMBİR-in Gürcüstan nümayəndəsi təyin edilib - FOTO
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarnaməsi ilə yaradılan Türk İnternet Media Birliyinin (TİMBİR) Gürcüstan nümayəndəsi "Aktual Media"nın təsisçisi və baş direktoru İlkin Hüseynov təyin edilib.
InterPress.ge xəbər verir ki, məlumat TİMBİR-in rəsmi saytında dərc olunub.
Qeyd olunub ki, Birliyə Azərbaycandan tanınmış jurnalist Xəyalə Rəis, Gürcüstandan isə "Aktual.ge" xəbər portalının baş direktoru İlkin Hüseynov təyin edilib. Təyinatlar TİMBİR-in Xarici Əlaqələr Şurasının sədri Aqil Ələsgərin rəhbərliyi ilə həyata keçirilib.
"Birliyə Azərbaycandan üzv olan internet media qurumlarının rəhbərləri arasından nümayəndələr seçilib. Azərbaycan təmsil heyətinə tanınmış jurnalistlər və ictimai xadimlər daxil olub. Onların sırasında Azərbaycan Mətbuat Şurasının üzvü Hacıbəy Heydərli, media eksperti Azər Həsrət, Editor.az saytının baş redaktoru Fərid Şahbazlı və digər jurnalistlər var. Azərbaycan nümayəndə heyətinə isə tanınmış jurnalist Xəyalə Rəis rəhbərlik edəcək.
Eyni addım Gürcüstan üçündə atılıb və Aktual.ge xəbər portalının baş redaktoru İlkin Hüseynov TİMBİR-in Gürcüstan üzrə nümayəndəsi təyin olunub. Bundan sonra həm Xəyalə Rəis, həm də İlkin Hüseynov qurumun Xarici Əlaqələr Şurasında təmsil olunacaqlar" , - məlumatda deyilir.
Məlumat üçün qeyd edək ki, TİMBİR Türkiyə Prezidentinin 6906 saylı qərarnaməsi ilə təsis olunub. Birliyin əsas məqsədi Türkiyəyə dost ölkələrin internet media qurumlarını bir araya gətirmək, informasiya mübadiləsini gücləndirmək və beynəlxalq əməkdaşlığı genişləndirməkdir.


