24 
Avq
2025
16:27
907

"Gürcüstan Azərbaycanlı Tələbələr Birliyi" yaradıldı

21 avqust 2025-ci il tarixində Marneulidə yerləşən "Tea House" məkanında tələbələrin iştirakı ilə "GASU" – Gürcüstan Azərbaycanlı Tələbələr Birliyi (Georgian Azerbaijani Students Union) adlı yeni təşkilatın yaradılması münasibətilə tədbir keçirilib.

InterPress.ge xəbər verir ki, yeni yaranan birliyin təşəbbüs qrupunun əsas məqsədi tələbələrin bilik və bacarıqlarının inkişafına, onların Gürcüstan cəmiyyətinə inteqrasiyasına və ümumi dünya görüşünün genişlənməsinə dəstək verməkdir. Bildirilib ki, təşəbbüs qrupuna Gürcüstanda təhsil alan istənilən azərbaycanlı tələbə qoşula bilər.

"GASU" müxtəlif istiqamətlər üzrə aşağıdakı fəaliyyətləri həyata keçirməyi planlaşdırır:

• Təlimlərin təşkili,

• Tələbələrin müxtəlif proqramlara cəlb olunması,

• Elm, təhsil, incəsənət və idman sahələrində tədbir və layihələrin təşkili.

Təşkilata Gürcüstan Milli Universitetinin III kurs tələbəsi Aytəkin Allahverdiyeva rəhbərlik edəcək. Birliyin strukturunda Elm və Texnologiya, İncəsənət, İdman, Tibb və İctimaiyyətlə Əlaqələr bölmələrinin fəaliyyət göstərəcəyi qeyd olunub.

Qeyd edək ki, GASU tələbələrin təşəbbüsü ilə yaradılıb və fəaliyyətini könüllü əsaslarla həyata keçirəcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər