25 
Avq
2025
16:41
470

Ər arvadını küt alətlə qətlə yetirdi

Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində ailə üzvünü qəsdən qətlə yetirməkdə təqsirləndirilən, 1987-ci il təvəllüdlü N.Q. saxlanılıb.

Nazirliyin yaydığı məlumata görə, hadisə avqustun 25-də Tbilisidə baş verib. İstintaqla müəyyən edilib ki, saxlanılan şəxs mübahisə zəminində həyat yoldaşı – 1991-ci il təvəllüdlü A.K.-yə mənzildə küt alətlə çoxsaylı xəsarətlər yetirib və hadisə yerindən qaçıb. Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində şübhəli şəxs cinayəti törətməkdən az sonra saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 109-cu maddəsinin “k” bəndi üzrə istintaq aparılır. Həmin maddə ailə üzvünü ağırlaşdırıcı şəraitdə qəsdən qətlə yetirmə cinayətini nəzərdə tutur və 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər