03 
Sen
2025
22:23
465

“Gürcü Arzusu” liderləri səs-küy və qışqırıqlar altında qərargahı tərk ediblər

Tbilisi meri və merliyə namizəd Kaxa Kaladzenin seçki qərargahının açılışında iştirak edən “Gürcü Arzusu”nun nümayəndələri səs-küy və qışqırıqlar altında tədbiri tərk etməli olublar.

InterPress.ge xəbər verir ki, vətəndaşlar qərargahın qarşısında toplaşıblar.

Etirazçılar “Qullar, qullar!”, “Ruslar, ruslar!” şüarları səsləndirirlər.

Tədbir başa çatdıqdan sonra baş nazir İrakli Kobaxidze, Tbilisi meri Kaxa Kaladze, parlamentin sədri Şalva Papuaşvili, deputatlar və nazirlər səs-küy və qışqırıqlar altında oranı tərk etməli olublar.

Hadisə yerinə çoxlu sayda polis səfərbər edilib. Onlar həm Çavçavadze prospektinin yaxınlığında, həm də Filarmoniyanın yaxınlığında durublar. 

Çavçavadze prospekti tərəfdə duran etiraz iştirakçıları birbaşa Kaxa Kaladzenin qərargahı qarşısında mövqe tutublar.

Maraqlıdır ki, “Gürcü arzusu”nun bəzi təmsilçiləri və tərəfdarları indiyədək qərargahın daxili perimetrini tərk etməyiblər.

Etirazçılar Melikişvili prospektini tamamilə bağlayıblar.

Bizimlə əlaqə saxlayın