Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Gürcüstan və Türkiyə milli komandaları arasında oyun davam edir

458
Gürcüstan və Türkiyə milli komandaları arasında oyun davam edir
Dinləmək üçün basın

Gürcüstan millisi DÇ-2026-nın seçmə mərhələsinə Türkiyə ilə oyunla başlayır.

Gürcüstan millisi DÇ-2026-nın seçmə mərhələsinə Türkiyə ilə oyunla başlayır.

InterPress.ge xəbər verir ki, Tbilisidəki “Dinamo Arena”da dünya çempionatının seçmə qrup mərhələsinin ilk oyunu keçirilir.

Matçdan əvvəl Gürcüstan millisinin futbolçusu Nika Kvekveskiri azarkeşlərlə vidalaşıb. O, futbolçu karyerasını 33 yaşında bitirib. Kvekveskiri millinin məşqçilər korpusunun üzvü oldu.

Hazırda hesab 1:0 Türkiyə komandasının xeyrinədir.

Xatırladaq ki, Gürcüstan və Türkiyə futbol komandaları sonuncu dəfə 2024-cü il Avropa çempionatında üz-üzə gəlib. Qarşılaşma Türkiyənin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Məlumat üçün bildirək ki, seçmə mərhələdə Gürcüstan millisi E qrupunda Türkiyə, İspaniya və Bolqarıstan komandaları ilə qarşılaşacaq. Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Gürcüstan ikinci oyununu sentyabrın 7-də yenidən “Dinamo Arena”da Bolqarıstan millisinə qarşı keçirəcək.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →