Tramp yaxın günlərdə Putinlə danışacağını bildirib
Donald Tramp yaxın zamanda Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı planlaşdırır.
InterPress.ge xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
Trampın sözlərinə görə, o, bir sıra münaqişələrin həllinə nail olsa da, Rusiya-Ukrayna müharibəsi ən çətin məsələ kimi qalır.
“Bəli, danışacağam. Bizim çox yaxşı dialoqumuz var. Mən yeddi müharibəni həll etmişəm. Amma bu, düşündüyümdən bir qədər çətin oldu. Elə bilirdim, daha asan olacaqdı, çünki mənim mövqeyim həm Putinlə, həm də Ukrayna ilə bağlı aydındır”, – deyə Tramp vurğulayıb.
ABŞ Prezidentinin sözlərinə görə, ötən həftə ərzində Rusiya-Ukrayna savaşında 7 014 nəfər həlak olub, onların çoxu hərbçilərdir.
“Onlar elə miqyasda ölürlər ki, belə mənzərəni İkinci Dünya Müharibəsindən sonra görməmişik. Onlar amerikalılar deyil, amma insanlardır. Bilirsiniz, mən üç müharibəni həll etmişəm. Onlardan biri 31 il davam etmişdi, 10 milyon insan həlak olmuşdu, başqa bir münaqişə 37 il çəkdi və hamı deyirdi ki, həlli mümkün deyil. Mən isə həll etdim. Bu hadisə isə daha çətin oldu, amma biz bunu da həll edəcəyik”, – deyə Donald Tramp əlavə edib.


