Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Sakstat: Birbaşa xarici investisiyalar 12% azalıb

198
Sakstat: Birbaşa xarici investisiyalar 12% azalıb
Dinləmək üçün basın

2025-ci ilin ikinci rübündə ölkəyə birbaşa xarici investisiyaların həcmi 580,1 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12,0% azdır.

2025-ci ilin ikinci rübündə ölkəyə birbaşa xarici investisiyaların həcmi 580,1 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12,0% azdır.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti (Sakstat) məlumat yayıb.

Statistikaya əsasən, azalma əsasən təkrar investisiya və borc öhdəliklərinin azalması ilə bağlıdır.

Hesabata görə, investisiyaların 21,3%-i nizamnamə kapitalı (123,6 milyon dollar), 80,4%-i isə yenidən investisiya qoyuluşu (466,6 milyon dollar) hesabına formalaşıb. Ən böyük investor ölkələri arasında Böyük Britaniya 242,7 milyon dollarla (41,8%), Türkiyə 54,0 milyon dollarla (9,3%) və Çexiya 863 milyon dollarla üçüncü yerdədir. Bu üç ölkənin payı ümumi birbaşa xarici investisiyaların 57,7%-ni təşkil edir.

İqtisadi sektorlar üzrə investisiyaların bölgüsü isə belədir:

- Maliyyə və sığorta fəaliyyəti: 327,2 milyon dollar (56,4%),

- Daşınmaz əmlak sektoru: 66,4 milyon dollar (11,4%), 

- Enerji sektoru: 54,4 milyon dollar (9,4%).

 

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →