10 
Sen
2025
15:38
416

20-21 sentyabr tarixlərində paytaxtda “Tbilisoba” xalq bayramı keçiriləcək

Tbilisi meri Kaxa Kaladzenin sözlərinə görə, paytaxtın ənənəvi bayramı “Tbilisoba” bu il 20-21 sentyabrda baş tutacaq.

InterPress.ge xəbər verir ki, o, bu barədə meriyanın hökumət iclasında məlumat verib.

Kaladzenin açıqlamasına görə, tədbirin əsas məkanları əvvəlki illərdə olduğu kimi Orbeliani meydanı və Riqi parkı olacaq. İki gün ərzində ziyarətçiləri müxtəlif sərgilər, teatrlaşdırılmış tamaşalar, əyləncə və uşaq proqramları gözləyir.

Merin verdiyi məlumata əsasən,  20 sentyabrda Dövlət Mərasimləri Sarayında ənənəvi olaraq “Fəxri Tbilisililərin təltifetmə mərasimi” keçiriləcək və televiziya vasitəsilə yayımlanacaq. 21 sentyabrda isə axşam saat 20:00-da Avropa meydanında təntənəli konsert baş tutacaq. Həmçinin Riqi parkında uşaq tamaşaları və gürcü estrada ifaçılarının iştirakı ilə konsertlər keçiriləcək. Abanotubanda isə “Tbilisinin rəngarəngliyi” adlı sərgi-satış təşkil olunacaq.

Kaladze əlavə edib ki, tədbirlərin proqramı ilə bağlı ətraflı məlumat yaxın günlərdə ictimaiyyətə təqdim ediləcək.

Qeyd edək ki, bu il 4 oktyabrda yerli seçkilərin keçirilməsi nəzərdə tutulduğu üçün “Tbilisoba” adi vaxtdan daha erkən keçiriləcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər