ABŞ-da “Turning Point USA”nın təsisçisi Çarli Kirk güllələnərək öldürülüb
Konsrvativ gənclər təşkilatı Turning Point USA-nın icraçı direktoru və həmtəsisçisi Çarli Kirk ABŞ-ın Utah Valley Universitetində keçirilən tədbirdə güllələnib.
Turning Point USA-nın ictimaiyyətlə əlaqələr meneceri Obri Layç hadisəni təsdiqləyərək bildirib:
“Bəli, ona atəş açılıb və biz Charlı üçün dua edirik”.
Mediada yayılan məlumata görə, atəş açıldığı an Kirk tədbirdə təqdimat aparırmış. O, dərhal xəstəxanaya çatdırılıb, lakin həyatını xilas etmək mümkün olmayıb.
Hadisə nəticəsində Çarli Kirk dünyasını dəyişib. Məlumatı ABŞ prezidenti Donald Trump da təsdiqləyib və dərin hüznünü ifadə edib:
“Böyük və əfsanəvi Çarli Kirk vəfat etdi… Hamı onu sevirdi və heyranlıqla qarşılayırdı, xüsusilə də mən. İndi isə o, artıq aramızda deyil. Melaniya ilə birlikdə onun gözəl həyat yoldaşı Erika və ailəsinə başsağlığı veririk. Çarli, biz səni sevirik!”.
Xatırladaq ki, hücum anında Kirk auditoriyada çıxış edirdi. Hadisənin motivləri və təfərrüatları ilə bağlı araşdırma aparılır.


