13 
Sen
2025
19:21
557

Marneulidə iki nəfər saxlanıldı

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis İdarəsinin Marneuli rayon şöbəsinin əməkdaşları 2005-ci il təvəllüdlü N.X. və 2007-ci il təvəllüdlü T.X.-nı qəsdən sağlamlığa zərər vurma ittihamı ilə saxlayıblar.

InterPress.ge xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyi yayıb.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər Marneuli Bələdiyyəsinin kəndlərindən birində əvvəllər yaranmış mübahisə zəminində həmkəndlisi, 1992-ci il təvəllüdlü Ş.Q.-yə küt və kəsici-deşici alətlə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib və hadisə yerindən qaçıb. Xəsarət alan şəxs tibbi yardım üçün xəstəxanaya çatdırılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 117 və 120-ci maddələri ilə araşdırma aparılır.

Cinayətlər 7 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Bizimlə əlaqə saxlayın